18 Oktyabr, 2011
Bahalı yolların kasıb işçiləri ayağa qalxdı!

Salyanda 500 fəhlə haqsızlığa, maaşlarının azlığına etiraz olaraq tətilə çıxıb

Salyan rayonunda hüquqları pozulan yüzlərlə işçi etiraz aksiyası davam edir. Bu məlumatı qəzetimizə “Demokratiyaya yardım” İctimai Birliyinin sədri Emil Məmmədli verib.

Təşkilat sədrinin sözlərinə görə, etiraz aksiyası hələ də davam edir və rəhbərliyin reaksiyası gözlənilir: “Bildiyiniz kimi, Salyanda 500 fəhlə haqsızlığa, maaşlarının azlığına etiraz olaraq tətilə çıxıb. Ələt-Astara yolunun çəkilişini həyata keçirdən ”Todini" şirkəti işi dayandırıb. Fəhlələr rəhbərliyə 10 gün vaxt verib ki, onların problemləri araşdırılsın".
Qeyd edək ki, Salyanda 500 fəhlə əmək haqqının az olmasına etiraz əlaməti olaraq tətilə çıxıb. Buna görə strateji əhəmiyyətli Ələt-Astara yolunun çəkilişi dayandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!