17 Oktyabr, 2011
Elçin Quliyev əmin etdi

Sahil sualrı etibarlı şəkildə qorunur

APA-nın məlumatına görə, bunu Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib.

DSX şəxsi heyətinin sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirildiyini deyən E. Quliyev dövlət sərhədlərinin bütün istiqamətlərində yeni sərhəd infrastrukturunun qurulmaqda olduğunu söyləyib: “Hərbi hissələr müasir silah və hərbi texnikalarla təchiz edilib. Hərbi hissələr arasında real vaxt rejimində videogörüntü sistemi yaradılıb. Azərbaycanın sahil suları etibarlı şəkildə qorunur”.

DSX rəisi onu da əlavə edib ki, son 5 ildə sərhəd mühafizəsində həyata keçirilmiş böyük layihələr sırasında Sahil Mühafizəsi bazasının istifadəyə verilməsi, “Sərhədçi” Olimpiya İdman Kompleksi, istirahət mərkəzi, Aviasiya Dəstəsi üçün aerodrom, hərbi anbarlar, yeni sərhəd dəstələri, qarnizonları və s. göstərmək olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!