17 Oktyabr, 2011
Ali məktəblərdən tələbə köçürmələri dayandırılıb

Təhsil naziri istisna hallara da toxunub

Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev bildirib.

Noyabr ayında baş tutacaq seminarda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələrindən, həmçinin Əfqanıstandan nümayəndə heyətləri iştirak edəcək. Tədbirdə sərhəd təhlükəsizliyi sahəsində Azərbaycanın təcrübəsi də paylaşılacaq.

“Azərbaycanın sərhəd mühafizəsi sahəsində təcrübəsi NATO-nun təşəbbüsü ilə öyrənilməkdədir. Bu gün Azərbaycanın sərhəd mühafizəsi sahəsində əldə etdiyi təcrübəni bir çox ölkələr öyrənib tətbiq etmək istəyirlər», - deyə E. Quliyev vurğulayıb.

DSX rəisinin sözlərinə görə, bir vaxtlar Azərbaycandan çıxarılarkən rus sərhədçiləri Azərbaycanın öz sərhədlərinin mühafizəsini təmin edə bilməyəcəklərini düşündükləri və söylədikləri halda, indi bunun əksini deyirlər: “Rusiya sərhədçiləri hətta Azərbaycanın təcrübəsini öyrənib, bundan yararlanmaq niyyətindədirlər”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!