17 Oktyabr, 2011
Misir Mərdanov məsləhət verdi

Nazir xaricdə oxumaq istəyənlərə yol göstərdi

Simsar.az-ın məlumatına görə, nazir deyib ki, diplomları Azərbaycan hökuməti tərəfindən tanınmayan ali məktəblərə daxil olan tələbələr oxuduqdan sonra problemlərlə üzləşə bilərlər: “Azərbaycanda ali məktəbə qəbul yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları əsasında aparılır. Tövsiyə edirəm ki, bu il qəbul ola bilməyən tələbə hazırlaşıb növbəti il imtahan versin, istəyinə nail olsun. Xarici ölkələrdə oxumaq istəyənlər isə diplomları tanınan ali məktəbləri seçsinlər. Çünki diplomlar Azərbaycan hökuməti tərəfindən tanınmalıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!