17 Oktyabr, 2011
Leysan gözlənilir

Havalar dəyişir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Simsar.az-a verdiyi məlumata görə, gün ərzində hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə isti olacaq.

Oktyabrın 19-da havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam havanın tutqun olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-16, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 18-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Oktyabrın 19-da bölgələrdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, 19-da gündüz, 20-də gecə və səhər arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 9-14, gündüz 16-21, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, 19-da hava şəraitinin təzadlı dəyişkənliyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!