17 Oktyabr, 2011
QUBADA HEYDƏR ƏLİYEV PROSPEKTİ BAĞLANIB

Prospektdəki su-kanalizasiya sistemləri yenidən qurulur

Son illər ölkəmizdə aparılan tikinti-quruculuq işləri Quba şəhərini də əhatə edib. Hazırda şəhərin mərkəzindəki Heydər Əliyev prospektindəki su-kanalizasiya sistemləri yenidən qurulur. Bununla əlaqədar prospekt bağlanıb, yollarda tikinti işləri aparılır.

Sakinlərin “Simsar.az”-ın əməkdaşına verdiyi məlumata görə, artıq prospektdə mərkəzləşdirilmiş kanalizasiya və su xətləri çəkilib. Tezliklə evlərdəki xətlər də mərkəzləşdirilmiş sistemə qoşulacaq.
İnşasını türkiyəli mütəxəssislərin həyata keçirdiyi yeni su-kanalizasiya sistemi 150 km məsafədə çəkiləcək və bütün şəhəri əhatə edəcək.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!