17 Oktyabr, 2011
"Dalğa"nın qurultayı olacaq

Sədr dəyişikliyi gözlənilir

Oktyabrın 23-də “Dalğa” Gənclər Hərəkatının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi hərəkatın növbədənkənar qurultayını çağırıb.

Simsar.az-ın məlumatına görə, sayca VI (VII) qurultayda sədr və İdarə Heyəti seçkiləri olacaq. Qurultay zamanı Dalğa GH-nın “Re-branding” (yenidənqurma) komissiyasının hazırladığı əlavə və dəyişikliklər edilmiş Nizamnaməsi və hərəkatın yeni Əsasnaməsi müzakirəyə və səsverməyə çıxarılacaq. Həmçinin, “Re-branding” nəticəsində baş vermiş digər dəyişikliklər də hərəkat üzvlərinin səsverməsinə təqdim ediləcək.
Qurultay saat 14.00-da “Diplomat” oteldə baş tutacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!