17 Oktyabr, 2011
Heroin alveri çoxalıb

Baş nazirin müavini artımın faizini də deyib

Simsar.az-ın xəbərinə görə, məktubu konfransın açılış mərasimində Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov oxuyub.

42 ölkədən və 7 beynəlxalq təşkilatdan 90 nümayəndənin iştirak etdiyi konfransda çıxış edən baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycanın əlverişli təbii coğrafi mövqeyi müxtəlif nəqliyyat vasitələri ilə sərnişin və yük daşınmasının ilbəil artması, Azərbaycanın 140-a yaxın ölkə ilə ticarət əlaqələrinin qurulması müxtəlif ölkələrdən olan narkoqaçaqmalçları özünə cəlb edir.

Azərbaycan tərəfdən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən tədbirlərdən danışan Ə.Həsənov deyib ki, 2008-2010-cu illər ərzində 7108 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, bununla bağlı 9346 cinayət işi açılıb: “Arzuolunmaz göstəricilərdən biri odur ki, heroin kimi narkotik vasitənin dövriyyəsi artıb. 2008-2010-cu illər ərzində 581 kq heroin ələ keçirilib. Bu da əvvəlki 3 illə müqayisədə 1,9 dəfə çoxdur. Eyni zamanda 2008-2010-cu illərdə 5150 kq həşiş, 498 kq tiryək, 28,6 kq metafitamin qanunsuz dövriyyədən çıxarılıb”.

Baş nazirin müavini qeyd edib ki, ötən il Azərbaycanda qeydiyyata alınmış narkomanların sayı 25 489 nəfər olub. Amma mütəxəssislərin fikrincə, bu, real vəziyyəti əks etdirmir: “Ötən il ölkədə 2723 nəfər QİÇS-ə yoluxmuş şəxs qeydə alınıb, onlardan 60%-i narkotik vasitə istifadəçisidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!