17 Oktyabr, 2011
Sabah Bakıda hava dumanlı olacaq

Oktyabrın 17-də Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında havanın gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Bakıda hava temperaturunun gecə 14-16°, gündüz 20-22° isti olacağı gözlənilir. Abşeronda isə havanın hərarəti gecə 13-17°, gündüz 19-24° isti təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!