15 Oktyabr, 2011
Hava buludlu olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 15-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti hava haqqında qısa icmalı da açıqlayıb. Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin nisbətən mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!