14 Oktyabr, 2011
Məcburi köçkünlərin yaşadığı dördmərtəbəli bina yandı

Naftalanda baş verən hadisə zamanı 35 ailə xilas edilib

Oktyabrın 14-nə keçən gecə Naftalan şəhərində yanğın hadisəsi baş verib. Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda fəaliyyət göstərməyən sanatoriyanın ərazisində məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 900 kv.m olan dördmərtəbəli binanın çardağının yanar konstruksiyaları 288 kv.m sahədə yanıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən binada yaşayan 35 ailə (təxminən 100 nəfər) təxliyyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!