14 Oktyabr, 2011
Bayram Səfərov: “Bu barədə geniş danışmaq hələ tezdir”

“Qarşılıqlı inamım və etimadın yaranması üçün görüşlər olmalıdır” 

“Dağlıq Qarabağın Azərbaycanlı icması ilə erməni icmasının görüşü olduqca vacibdir. Biz sübut etməliyik ki, birgə yaşamağa hazırıq. Hər iki icmanın üzvləri Azərbaycan Respiblikasının vətəndaşlarıdır. Qarşılıqlı inamın və etimadın yaranması üçün görüşlər olmalıdır”.

Bunu Simsar.az-a açıqlamasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov vitse-spiker Bahar Muradovanın Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünün keçirilməsi təklifinə münasibət olaraq bildirib.

B.Səfərob qeyd edib ki, belə görüşlər sülhün əldə olunmasına kömək edə bilər: “Hansı məsələləri müzakirə etmək lazımdırsa, onu da edəcəyik. İndidən bu barədə geniş danışmaq hələ tezdir”.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!