14 Oktyabr, 2011
“Saxta diplom”lu müəllimlər Təhsil Nazirliyinə yürüş etdi

Onlar haqsızlıqla üzləşdiklərini düşünürlər

Diplomları qanunsuz hesab edilən Cəlilabaddan olan müəllimlər dünən Təhsil Nazirliyinin binası önünə toplaşıblar. Bu barədə məlumat verən “Azadlıq” qəzetinin uazdığına görə, onlar diplomlarının saxta sayılmasını qanunsuz hesab edirlər.

Azərbaycanın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar başa çatıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır.
Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalanı isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!