14 Oktyabr, 2011
Yenə hicab söhbəti

Nailə Rzaquliyeva: “Bakıda məktəblərə hicabla gəlmək istəyənlərin sayı azalıb”

Bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib. O bildirib ki, hazırda paytaxtdakı məktəblərə hicabla gəlmək istəyən cüzi sayda şagird var: “Biz də onları başa salırıq ki, məktəbə belə gəlmək olmaz”.

Azsaylı hicablı şagirdlərin məktəblərə buraxılıb-buraxılmaması ilə bağlı suala isə N. Rzaquliyeva “məncə, buraxılmırlar” cavabını verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!