14 Oktyabr, 2011
Hava soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, oktyabrın 13-dən 14-ə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 13-də şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək, gündüz zəifləyəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 19-24 dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi- meteoroloji proqnozu da açıqlayıb. Oktyabrın 14–ü gündüz, 15-də Abşeron yarımadasında meteoroloji amillərin iqlim norması daxilində tərəddüdü əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!