13 Oktyabr, 2011
Misir Mərdanov maaş azlığından şikayətləndi

"Pedaqoji təhsil prestijli sayılmır"

“Azərbaycanda müəllimlərin əmək haqları çox aşağıdır. Bu səbəbdən pedaqoji təhsil prestijli sayılmır”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, Azərbaycanda müəllim adı yüksək statusa malik deyil: “Müəllimin işi ağır olsa da, maaşı çox aşağıdır”.

M. Mərdanov qeyd edib ki, yeni məktəb yeni təfəkkürlü kadrlar tələb edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!