13 Oktyabr, 2011
Taksilərə qarşı səlib yürüşü

10 min taksi yığışdırılacaq

Simsar.az-ın məlumatına görə, bu barədə nəqliyyat naziri Ziya Məmmədov bildirib. Nazir deyib ki, hazırda həmin avtomobillərin yığışdırılmasına başlanılıb. Lakin nazir bu prosesin nə vaxtadək davam edəcəyini açıqlamayıb: “Bakıda “Zaparojest”in də üstünə taksi işarəsi qoyub qanunsuz taksi fəaliyyəti ilə məşğul olurlar. Bu gün şəhərimizə çoxlu xarici qonaq gəlir və belə hallar Bakının imicinə zərər vurur. Odur ki, belə hallar məqbul sayıla bilməz. Hazırda Bakıya xeyli sayda London taksiləri gətirilir. Həmin maşınlar çox konfortludur ”. 


Z.Məmmədov bildirib ki, London taksilərini istənilən şəxs ödəniş edib ala və nazirlikdən lisenziya əldə edərək qanuni taksi fəaliyyəti ilə məşğul ola bilər. Həmçinin, London taksilərini icarəyə də götürmək mümkün olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!