13 Oktyabr, 2011
Ziya Məmmədovdan gözəllik testi

"Bu zalda əyləşənlərin dəyişdiyini, gözəlləşdiyini görürəm, bu, rahat yaşayışla bağlıdır"

Simsar.az-ın verdiyi məlumata görə, bunu nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü və dəmir yolu işçilərinin peşə bayramı münasibətilə keçirilən təntənəli yığıncaqda söyləyib. Ziya Məmmədov deyib ki, insan rahat yaşayanda onun siması da gözəlləşir: “Mən bu gün bu zalda əyləşən insanların dəyişdiyini, gözəlləşdiyini görürəm. Bu, rahat yaşayışla bağlıdır”. 


Ziya Məmmədov daha sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilən dəmiryolçuları təbrik edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!