13 Oktyabr, 2011
800 ev söküləcək

Onlar dəmir yollarının kənarındadı

Simsar.azın verdiyi məlumata görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərov söyləyib.

O bildirib ki, indiyə qədər dəmir yollarının kənarında olan 350-yə yaxın yarımçıq tikili “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən sökülüb. Arif Əsgərov əvvəllər tikilmiş 800-dən çox evin sökülməsi məsələsinin isə gündəlikdə olduğunu qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!