13 Oktyabr, 2011
Bakının yeni ekoloji xəritəsi hazırlanır

“Bakının Ramana qəsəbəsindəki yod zavodunun ərazisində radiasiya normadan 10 dəfələrlə artıqdır”.

Simsar.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetində yeni açılmış Nanotexnologiyalar Laboratoriyanın müdiri Məhəmmədəli Ramazanov bildirib. O qeyd edib ki, Abşeron yarımadasında real radiasiyanın vəziyyətini özündə əks etdirən ekoloji xəritə hazırlanır. M.Ramazanov deyib ki, ekoloji xəritənin hazırlanması layihəsi BDU-nun, AMEA-nın Radiasiya Problemləri İnstitutunun və Milli Aerokosmik Agentliyinin birgə təşəbbüsü ilə baş tutur. Layihəni Kanada maliyyələşdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!