13 Oktyabr, 2011
Magistr və doktorantlar hərbi xidmətə gedəcək?

Onlara möhlət hüququ veriləcək

Bu gün Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməz. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Onun sözlərinə görə, bu gün magistr və doktorantlara yalnız hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə oluna bilər.

Komitə sədri deyib ki, magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı çoxlu sayda müraciət daxil olub.

"Ola bilər ki, "Elm siyasəti haqqında" qanun layihəsi qəbul olunarkən magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə olunsun. Amma doktorantrlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm siyasəti haqqında" qanun layihəsində öz əksini tapıb", - millət vəkili qeyd edib.

Hacıyevin sözlərinə görə, yaxın 1-2 həftə ərzində komitədə "Elm siyasəti haqqında" qanun layihəsinin müzakirəsinə başlanılacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!