12 Oktyabr, 2011
MİSİR MƏRDANOV SÖZ VERDİ

Qışda məktəblilər sinifdə üşüməyəcək

Yeni tədris ilində Bakı məktəblərinin istilik təchizatı ilə bağlı ciddi problem yaranmayacaq. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, hazırda qarşıya qoyulan məqsədlərdən biri də bir şagird-bir kompyuter nisbətinin təmin edilməsidir. Hazırda bu sahədə ciddi işlər aparılır.

Nazir bildirib ki, indiyədək 100-dən çox orta məktəb genişzolaqlı internetə qoşulub. Bu məktəblər ümumilikdə ölkə üzrə olan ümumtəhsil məktəblərinin təxminən ¼ hissəsini təşkil edir. Amma həmin məktəblər böyük təhsil müəssisələri olduqları üçün orada təhsil alan şagirdlərin sayı çoxdur.

Mərdanov deyib ki, hazırda təhsildə informasiya komunikasiya texnologiyalarının təşkili vəziyyəti 5 il bundan qabaqkı səviyyə ilə müqayisə edilə bilməz. Onun sözlərinə görə, bu gün Azərbaycanın demək olar ki, bütün məktəblərində İKT avadanlıqları quraşdırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!