12 Oktyabr, 2011
Bakıda daha bir lunapark inşa olunacaq

Kompleks dörd ay ərzində tikilib istifadəyə veriləcək

Bakı şəhərində daha bir möhtəşəm layihə həyata keçirilir. Milli.az-ın məlumatına görə, paytaxtın mərkəzində analoqu olmayan əyləncə kompleksi - lunapark inşa olunacaq. Layihəsi və tikintisi "ADO-G" şirkətlər qrupu tərəfindən həyata keçiriləcək.

Şirkətin direktor müavini Əjdər Çiğəliyev bildirib ki, lunapark Dənizkənarı Milli Parkın ərazisində inşa olunacaq. Şirkət rəsmisinin sözlərinə görə, tikinti ilə bağlı layihələndirmə işləri başa çatdırılıb. Ümumi sahəsi 600 kvadratmetr olan əyləncə kompleksində kafe, bar, sanitariya qovşaqları, oyun aparatları olacaq.

Ə.Çiğəliyev əlavə edib ki, kompleksin dörd ay ərzində başa çatdırılması nəzərdə tutulub. Gələn ilin fevralınadək lunapark istifadəyə veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!