11 Oktyabr, 2011
İnsan beyni yaxşı şey düşünməyə meyllidir

“Narahat olma, hər şey yoluna düşəcək” fikri üstünlük təşkil edir

İngiltərədə aparılan araşdırmaya görə, insan şüuru hər an sahibinə “Narahat olma, hər şey yoluna düşəcək” deyir.
Məşhur “Nature Neuroscience” elmi jurnalında dərc olunan məqalədə qeyd olunur ki, beyin gələcəklə bağlı yaxşı xəbərlər istehsal edir.

London Universitetinin alimləri bildiriblər ki, insanların 80 faizi gələcəklə bağlı ümidli danışırlar. Alimlər həyatı dumanlı görmənin əndişə və stressi azalda biləcəyini düşünürlər.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!