11 Oktyabr, 2011
Azərbaycan torpaqlarının altı təhlükə mənbəyidir

İnsan həyatı təhlükəli silah-sursat tapılıb

Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Təmizləmə əməliyyatları zamanı 726 PHS və 6 ədəd tank, 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 480 minaaxtaran mütəxəssis, 120 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 32 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 173 652 942 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 663 873 olub.

Sentyabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Agentlik tərəfindən təmizləmə əməliyyatları hazırda Ağdam, Ağstafa, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Göygöl, Qazax, Şəmkir, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!