11 Oktyabr, 2011
10 yeni televiziya proqramı

İlin sonuna qədər əhali onlara baxa biləcək

Bu barədə Simsar.az-ın Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd olunub ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarına əsasən, 2015-ci ilədək dünya ölkələri rəqəmli TV yayımına keçidi təmin etməlidir və artıq bəzi ölkələr buna nail olub: «Azərbaycanda da bunu həyata keçirmək üçün Nazirlər Kabinetinin ölkə ərazisində rəqəmsal teleyayım sisteminin tətbiqi və inkişafı proqramı təsdiq edilib. Bununla da, Azərbaycanda rəqəmsal TV yayımına keçidlə əlaqədar indiyədək sınaq məqsədilə aparılan işlər genişləndirilib».

Artıq Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran, Quba və s. şəhərlərdə və ətraf ərazilərdə MPEG-4 standartında rəqəmsal TV yayımı həyata keçirilir: «Gələn ilin yanvar ayına qədər ölkə əhalisinin 85%-nin 10 TV proqramlı acıq paketli rəqəmsal yayımla təmin edilməsi planlaşdırılır».

Qeyd edək ki, daha sonra kommersiya təyinatlı əlavə 50-60 TV proqramının yayımı da həyata keçiriləcək. Rəqəmsal teleyayım tam təmin edildikdən sonra analoq televiziya yayımı dayandırılacaq ki, bunun da 2013-cü ildə həyata keçirilməsi nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!