11 Oktyabr, 2011
Sabah temperatur 30 dərəcə olacaq

Havalar istiləşir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18, gündüz 24-29 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək, bəzi dağlıq və dağətəyi rayonlarda güclü olacaq.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə təşkil edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!