10 Oktyabr, 2011
Bert Foqts ürəkli danışıdı

"Türkiyə böyük təzyiq altında olacaq"

O, Avro-2012-nin seçmə mərhələsinin sabah Türkiyə ilə keçiriləcək son oyunu haqda fikirlərini açıqlayıb: “Ümid edirəm ki, Türkiyə Azərbaycan üçün örnəkdir. Türk futbolundakı inkişaf göz qabağındadır, stadionlar tikilir. Bizdə isə başqa problem var, Avstriyaya qarşı azlıqda oynadıq. Yetirmələrim 4 gündən bir oynamaqda problemlə üzləşirlər”.

Almaniyalı mütəxəssis Bakıda qazanılan 1:0 hesablı qələbənin təsadüf olmadığını sübut etmək istədiklərini də bildirib: “Bakıda sensasion qələbə qazandıq. Biz istəyirik burda da özümüzü yaxşı göstərək. Komandamın oynaya bildiyini İstanbulda da sübut edək. Hesab edirəm ki, əvvəlki səfər oyunlarına baxanda, bu dəfə daha yaxşı oynayacaq. Təəssüf ki, bu dəfə Rauf Əliyev bizə kömək edə bilməyəcək. Lakin Türkiyə də böyük təzyiq altında olacaq”.

Foqts Vaqif Cavadovun yığmanın düşərgəsini özbaşına tərk etməsinə də münasibət bildirib: “Vaqifi bağışlamaq? O, bu hərəkətlə ölkəsinə münasibətini göstərdi. Nə qədər ki, burdayam, Vaqif millidə olmayacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!