Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.
Simsar.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan və Rusiya tərəfindən əsası qoyulan Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd olunub.
Tərəflər bu tədbirin beynəlxalq əməkdaşlığın genişlənməsi, xalqların və ölkələrin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyini vurğulayıblar.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
DİGƏR XƏBƏRLƏR