10 Oktyabr, 2011
“Xəzər” TV köçəcək

Telekanala Neapol prospektində 6 mərtəbəli ofis tikilir

“Xəzər” telekanalına yeni bina tikilir. Bu barədə Simsar.az saytına telekanalın icraçı direktoru Xəlil İbrahim məlumat verib. O, qeyd edib ki, tikintisi başlanılan binanın layihəsi xaricdə hazırlanıb: 
“Hesab edirəm ki, “Xəzər” TV Azərbaycanda ən yaxşı texniki imkanları olan telekanallardan biri olacaq.
Çünki AzTV-dən başqa Azərbaycanda fəaliyyət göstərən telekanallar, o cümlədən biz satandartlara tam cavab verməyən şəraitdə işləyirik. Studyalarımız yoxdur, texniki imkanlarımız qaydasında deyil. Amma “Xəzər” telekanalının yeni binası bünövrəsindən tutmuş damına qədər sırf telekanal üçün nəzərdə tutulmuş proyektdir”.

Nobel prospektində tikilən binanın nə zaman hazır olacağı isə bilinmir. Amma Xəlil İbrahim tikintinin hardasa iki il yarım çəkəcəyini düşünür: “Tikinti bitəndən sonra həm xarici görüntü, həm də texniki təchizat baxımdan “Xəzər” Azərbaycanda ən gözəl televiziyalardan olacaq. Bina 6 mərtəbədən ibarət olacaq. Ərazi genişdir, bu isə studyaların texniki imkanlarının olması deməkdir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!