10 Oktyabr, 2011
Bakıda dünya birliyi üçün hadisə

Mixail Qusman Beynəlxalq Humanitar Forumu belə dəyərləndirdi

Şübhəsiz ki, hazırkı forum təkcə Azərbaycan üçün deyil, həm də bütün dünya birliyi üçün böyük hadisədir, çünki o, humanitar əməkdaşlığın ən aktual problemlərinə toxunur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

"21-ci əsrin əvvəlində biz bir sıra ölkələrdə hətta humanitar böhran təhlükəsi ilə bağlı bir çox çağırışlarla üzləşdik və bununla əlaqədar "XXI əsr: ümidlər və çağırışlar" forumu məhz Bakıda keçirilməli idi", - o deyib.

Qusmanın sözlərinə görə, dünyanın hər yerindən Bakıya toplaşan xadimlər dövrün humanitar problemlərinin həlli yollarını tapmalıdırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!