10 Oktyabr, 2011
AVTOVAĞZALDA HƏYAT DURDU-EKSKLÜZİV

Tıxac piyadaları yollara çıxardı

Bu gün səhər saatlarında yeni Avtovağzalda ciddi bir problem ortaya çıxıb. Belə ki, maşınların çoxluğu səbəbindən Avtovağzalın girişi və çıxışı bağlanıb. Simsar.az-ın əməkdaşı hadisə yerindən xəbər verir ki, səhər saat səkkizdən başlayan tıxac 10-a qədər davam edib. Marşrutların Avtovağzala girişi dayandığına görə sərnişinlər mənzil başına çatmamış körpünün ətrafında maşınlardan düşüblər. Bu isə piyadaların həyatına ciddi təhlükə yaradıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!