7 Oktyabr, 2011
ZİYA MƏMMƏDOVDAN UŞAQLARI İNCİDƏN QƏRAR

Bundan sonra 5-yaşından yuxarı uşaqlar da gedişhaqqı ödəyəcək

Nəqliyyat Nazirliyindən Simsar.az-a verilən xəbərə görə, əgər indiyədək gediş haqqı ödəməkdən azad ediənlənlərin yaş həddi 7 idisə, bu aydan bu qərar dəyişilib. Belə ki, indi pulsuz gediş üçün yaş həddi 7-dən 5-ə salınıb.

Nazirlikdən bildiriblər ki, yeni qaydaya görə, əgər 5 yaşdan yuxarı uşaq avtobusdan istifadə edirsə, gediş haqqı ödəməlidir.
Bu yaş həddində olan uşaqlar valideyninin qucağında yaxud ayaq üstündə gedirsə əlavə oturacaqdan istifadə etmədiyinə görə gediş haqqı ödəməkdən azaddır.
Nəqliyyat Nazirliyi bütün sərnişinləri yeni qaydalara əməl etməyə çağırır. Və tezliklə bu barədə dəyişikliyi əks etdirən məlumatların sərnişindaşımada xidmət göstərən bütün avtobuslara vurulacağını bildirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!