7 Oktyabr, 2011
Temperatur 27 dərəcəyə çatacaq

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!