6 Oktyabr, 2011
İctimai Televiziya da seçkidə iştiraj edəcək

Həftədə bir dəfə maarifləndirmə verilişi yayımlanacaq

Simsar.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. 

O bildirib ki, İctimai Televiziyanın efirində həftədə bir dəfə maarifləndirmə verilişi yayımlanacaq. İlk veriliş oktyabrın 7-si saat 19.00-da efirdə olacaq.

M.Pənahov  indiyədək 12 seçki dairəsi və 29 bələdiyyə üzrə 73 nəfərin namizədliyi təsdiqləndiyini də deyib. O, qeyd edib ki, həmin şəxslərdən 63 nəfəri artıq imza vərəqələrini də götürüb.

 Boş yerlərə bələdiyyə seçkiləri noyabrın 30-da keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!