6 Oktyabr, 2011
"Siyasi məhbuslarla bağlı Azərbaycanın mövqeyi aydındır"

Konstantin Yerekostopolos: AŞPA-nın siyasi məruzəçisinin ölkəyə buraxılmaması Azərbaycan ilə AŞPA-nın problemdir

Avropa Şurasının Azərbaycan ofisinin rəhbəri Konstantin Yerekostopolos AŞPA-nın Azərbaycan üzrə siyasi məruzəçisinin Azərbaycana buraxılmamasına dair mövqeyini açıqlayıb.

Simsar.az-ın verdiyi xəbərə görə, o deyib: "Bu, Azərbaycanla AŞPA arasında olan problemdir və belə şəraitdə AŞ özü nə etdiyini müəyyənləşdirməlidir. AŞPA bu məsələdə qərarını verməlidir".

O bildirib ki, bu məsələ hələ də AŞPA komitəsinin gündəmindədir və belə şəraitdə AŞ özü hansı addım atacağını müəyyən etməlidir. Çünki Azərbaycan bu məsələ ilə bağlı kifayət qədər aydın mövqeyini açıqlayıb. Azərbaycanın nümayəndə heyyətinin rəhbəri Səməd Seyidov AŞPA-da çıxışı zamanı Azərbaycan tərəfinin konkret mövqeyini bildirb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!