6 Oktyabr, 2011
Təhsil Nazirliyinə yeni təyinat

Beynəlxalq əlaqələr şobəsinə müdir təyin edilib

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyinə yeni təyinat olub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseyzadə cümə axşamı Trend-ə bildirib ki, şöbənin müdiri vəzifəsinə Tamella Əliyeva təyin olunub.

Əliyeva bundan öncə Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində bundan öncə Qulu Novruzov işləyib. O, bir müddət əvvəl nazir müavini təyin edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!