6 Oktyabr, 2011
AZƏRBAYCAN ORDUSU İKİ ŞƏHİD VERDİ

Erməni tərəfdən də ölənlər var

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya bildirib ki, dünən Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və intensiv atışmalar olub. Nəticədə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib və bir neçə düşmən zərərsizləşdirilib.


Atışma zamanı Azərbaycan tərəfi də itki verib. Belə ki, cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar.


Qeyd edək ki, Ermənistan mətbuatı ötən gün 3 erməni əsgərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulması barədə məlumat yayıb. Onlardan biri ölüb, ikisinin vəziyyəti isə ağırdır.

Hərbi mənbələrdən isə APA-ya bildirilib ki, ermənilərin itkisi daha çoxdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!