6 Oktyabr, 2011
Bu gün hava necə olacaq?

Yaxın iki gün ərzində Abşeron yarımadasında mülayim cənub küləyinin üstünlük təşkil edəcək

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 4-9 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Hava şəraitinin qısa icmalı: Yaxın 2 gün ərzində Abşeron yarımadasında hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!