5 Oktyabr, 2011
AZƏRBAYCANA QARŞI “QIZ UŞAQLARINI ÖLDÜRÜRSÜZ” İTTIHAMI

AŞPA-nın hesabatında bu mövzuda sərt məqamlar var

Avropa Şurası Parlament Assambleyası (AŞPA) qız uşaqları doğuşunun oğlan uşaqlarına nisbətən getdikcə azaldığı Gürcüstan, Ermənistan, Azərbaycan və Albaniyadan bu mövzuya bağlı tədqiqatlara başladılmasını istədi. Hazırlanan hesabatda deyilir: "Doğum əvvəli cinsiyyət seçkisi böyük bir problemdir və bu problemlə uzun illərdir bəzi Asiya ölkələrində qarşılaşırıq. Ancaq bu vəziyyətin Albaniya, Ermənistan, Azərbaycan və Gürcüstan kimi bəzi Avropa Şurasına üzv ölkələrdə də yaşandığını sübut edən dəlillər var".

Simsar.az hürriyyət.com.tr-yə istinadən xəbər verir ki, İsveçrəli parlamentari Doris Stump tərəfindən hazırlanan hesabatda, sözü gedən ölkələrdə doğumöncəsi cinsiyyət seçiminin narahatlıqverici həddə çatdığı ifadə edilərək, bu ölkələrdən qız və oğlan balanssızlığının səbəbini araşdırmaları tələb edildi.
Qeyd edək ki, normal şərtlərdə hər 100 qız uşağına qarşı 105 oğlan dünyaya gəlirkən; Albaniya, Ermənistan və Azərbaycanda 100 qız uşağına qarşı 112, Gürcüstanda isə 111 oğlan uşağı doğulur.
Elmar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!