5 Oktyabr, 2011
MÜƏLLİM GÜNÜNDƏ MÜƏLLİMƏ EHTİYAC VAR

Onları təbrik edir və statistikanı da xatıraldırıq

Bu gün müəllimlərin peşə bayramıdı. Hər il oktyabrın 5-i bütün dünyada Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.

Hazırda dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edirlər.

Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib.

Beynəlxalq Müəllimlər günündə YUNESKO-nun Statistika İnstitutunun dərc etdiyi məlumata əsasən, 2015-ci ildə dünyada ümumi ibtidai təhsil səviyyəsini artırmaq üçün əlavə 2 milyon müəllimə ehtiyac duyulacaq. Bu göstəricinin yarısından çoxu Afrika ölkələrinin payına düşür. ABŞ, İspaniya, İrlandiya, İtaliya və İsveç kifayət qədər müəllim sayına malik olmayan 112 ölkə sırasında yer alır.

Konkret olaraq regionlar üzrə müəllim çatışmazlığı aşağıdakı kimidir: ərəb ölkələri (243 000 müəllim), Cənubi və Qərbi Asiya (292 000), Şimali Amerika və Qərbi Avropa (155 000). Lakin Mərkəzi və Şərqi Asiya, Latın Amerikası və Karib bölgəsi ölkələrində bu göstərici dünyanın müəllimlərə duyduğu tələbatın 11%-ni təşkil edir.

Ümumilikdə 2009-2015-ci illərdə bütün tələbatın qarşılanması üçün əlavə olaraq 6 100 000 müəllimə ehtiyac duyulacaq.

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!