5 Oktyabr, 2011
Qurban bayramında 5 gün iş olmayacaq

Azərbaycanda Qurban bayramı 6-7 noyabr tarixlərində qeyd olunacaq.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin Lent.az-a verdiyi məlumata görə, 6 noyabr bazar gününə düşdüyü üçün 8 noyabr qeyri-iş günü olacaq.

Noyabrın 9-u isə Dövlət Bayraq Günüdür. Həmin gün də qeyri-iş günüdür.

Beləliklə, noyabrın 5-nin də şənbə günü olduğunu nəzərə alsaq, bayramda 5 gün iş olmayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!