5 Oktyabr, 2011
İbrahim Tatlısəs 1 milyon dollarlıq villada yaşayacaq - FOTO

Bir neçə gün öncə evlənən İbrahim Tatlısəs və Ayşegül Yıldız 1 milyon dollar qiyməti olan villada yaşayacaqlar.

Simsar.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, evin ilk görüntülərini Türkiyənin “Star TV” kanalı yayımlayıb. İbrahim Tatlısəsin 1 milyon dollara aldığı, göl mənzərəsi olan bu möhtəşəm villa dörd mərtəbədən ibarətdir. Burada sauna, türk hamamı, hovuz, lift var. Bundan başqa, silahlı basqından sonra sol tərəfi iflic olan sənətçi Almaniyadan gətirəcəyi alətlərlə villanın birinci mərtəbəsini kiçik bir fizioterapiya mərkəzinə çevirəcək. 

İbrahim Tatlısəs və Ayşegül Yıldız bu günlərdə Amerikaya bal ayına gedəcəklər. Türkiyəyə qayıdandan sonra cütlük bu villada yaşayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!