4 Oktyabr, 2011
YAŞAR NURİYEVƏ UNUDULMAZ GÜN VƏD EDİLDİ

"Yaşar müəllimlə danışdıq və razılışadıq"

Bu barədə APA-ya teatrın direktoru İsrafil İsrafilov məlumat verib. O bildirib ki, oktyabrın 5-də keçirilməli olan 60 illik yubiley tədbirinin oktyabrın 16-da keçirilməsi qərara alınıb: “Yaşar müəllimlə danışdıq və razılaşdırdıq. Yubiley tədbirinə xüsusi hazırlaşmışıq və həmin günün unudulmaz bir gün olmasını arzulayırıq”.
İ. İsrafilov deyib ki, oktyabrın 16-da keçirilməsi nəzərdə tutulan yubiley tədbirində Yaşar Nurinin həyat və yaradıcılığını əks etdirən sərgi də nümayiş olunacaq.

Xatırladaq ki, Yaşar Nurinin 60 illik yubileyinin oktyabrın 5-də keçirilməsi nəzərdə tutulsa da, aktyorun səhhətindəki problemlər səbəbindən yubiley tədbiri təxirə salınıb. Tədbir oktyabrın 16-da Akademik Milli Dram Teatrında keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!