4 Oktyabr, 2011
Yeni “Teleqraf İnformasiya Agentliyi” yaradıldı

Yaxın günlərdə www.teleqraf.az xəbər portalı internet istifadəçilərinin ixtiyarına veriləcək

Yaxın günlərdə yeni İnformasiya Agentliyi fəaliyyətə başlayacaq. Bu barədə Simsar.az-a agentliyin redaksiyasından məlumat verilib. “Teleqraf İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət adı altında dövlət qeydiyyatından keçmiş qurumun onlayn rejimdə fəaliyyət göstərəcək www.teleqraf.az xəbər portalı da yaradılıb. Portal gündəlik ictimai-siyasi xəbərlər, maraqlı araşdırma və reportajlarla çıxış etməyi planlaşdırır. Bundan başqa teleqraf.az izləyicilərə bir sıra yeni layihələr də təqdim eədəcək. Hazırda saytda tamamlama işləri aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!