4 Oktyabr, 2011
Abel Məhərrəmov alimləri sevindirdi

Nazirlər Kabinetinin ölkə başçısına təqdimatı olacaq

“65 yaşı tamam olan təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi gündəmdə olan məsələdir. Ölkə prezidenti təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı lazımı işlərin görülməsi üçün müəyyən vaxt verib. Bu vaxt arıq başa çatmaqdadır.


Yəqin ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin bununla bağlı ölkə prezidentinə təqdimatı olacaq”. APA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib.

Azərbaycanda elm və təhsil adamlarına çox böyük diqqət olduğunu deyən A. Məhərrəmov Milli Məclisdə yaş senzi ilə bağlı müzakirələr aparılan zaman ölkə prezidentinin ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışanları yaş senzindən azad etdiyini xatırladıb: “Bu ali məktəblərdə çalışanlar tərəfindən çox müsbət qəbul edildi. Hazırda Gürcüstanda 1500-ə, Azərbaycanda 1800-ə, Ermənistanda isə 1200-ə yaxın elmlər doktoru və professor var. Əgər yaş senzi alimlərə aid edilsəydi, o zaman Azərbaycanda çalışan elmlər doktorlarının sayı 900-ə enəcəkdi. Ona görə də düşünürəm ki, Azərbaycan prezidenti xeyirxah bir addım atdı. Bunu Azərbaycan ziyalıları, xüsusən də yaşlı nəsil çox yüksək qiymətləndirir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!