4 Oktyabr, 2011
BDU-da tibb fakültəsi açıla bilər

 Abel Məhərrəmov: “Dünyada elə bir təcrübə yoxdur ki, ölkədə ancaq bir Tibb Universiteti olsun”

Bakı Dövlət Universitetində (BDU) tibb fakültəsi açıla bilər. APA-nın məlumatına görə, bu barədə universitetin rektoru Abel Məhərrəmov bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə Latviya və Türkiyə universitetləri ilə müəyyən məsləhətləşmələr aparılır: “Dünyada elə bir təcrübə yoxdur ki, ölkədə ancaq bir Tibb Universiteti olsun. Moskva Dövlət Universitetində artıq 10 ilə yaxındır ki, tibb fakültəsi fəaliyyət göstərir. Latviya və Türkiyə universitetləri də BDU kimi klassik universitetlərdir, onlarda da tibb fakültəsi var”.

A. Məhərrəmov qeyd edib ki, BDU-da belə fakültə açılarsa, yalnız tibb işçiləri hazırlanmayacaq: “Dəqiq və təbiət elmlərini tibb elminin inkişafına yönəltmək, səfərbər etmək arzumuz var. Molekulyar biologiyanı, immunologiyanı, biofizikanı bu istiqamətə yönəltmək üçün əlimizdə zəmin olmalıdır. Tibb elminin inkişafı həkimlərlə bərabər təbiət elmlərinin üzərinə də düşür. Ona görə də belə bir fakültənin açılması vacibdir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!