3 Oktyabr, 2011
MTN MƏTBUAT ŞURASINA CAVAB VERDİ

"Elmar Hüseynovun qatilləri məlumdur"

MŞ-dan APA-ya verilən məlumata görə, MTN-dən daxil olan məktubda bildirilir ki, cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri fasiləsiz surətdə davam etdirilir. Cinayət işi MTN İstintaq İdarəsinin icraatına verildiyi vaxtdan ötən müddət ərzində 1000-ə qədər müxtəlif istintaq və prosessual hərəkətlər həyata keçirilib. Qətlin törədilməsində iştirakları sübuta yetirilmiş şəxslər barədə həbs-qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib.

«Bu cinayət hadisəsi ilə bağlı bütün məlumat və detalların araşdırılması, Elmar Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrinin, həmin cinayətin iştirakçılarının ədalət mühakiməsi qarşısında cavab vermələrinin təmin edilməsi prinsipial məsələdir. Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur, gec-tez onlar tutulub istintaqa təhvil veriləcək və ədalət mühakiməsi qarşısında dayanacaqlar. Bu istiqamətdə istintaq-əməliyyat tədbirləri bir an səngimədən davam etdirilir», - deyə cavab məktubunda vurğulanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!