3 Oktyabr, 2011
ÖLKƏ ƏRAZİSİNDƏ HAVA SABİTLƏŞİR

Bakı və Abşeron yarımadasında oktyabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Havanın gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, oktyabrın 4-də Bakı və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz 18-23 dərəcə isti olacaq.

Oktyabrın 5-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 14-18 isti olacağı proqnozlaşdırılır.

Oktyabrın 5-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!