3 Oktyabr, 2011
Gənclər deputatları mükafatlandırdı

“Xəzər” milli mükafatına layiq görülənlər arasında Çingiz Qənizadə də var

“İsalahatçı Gənclər” İctimai Birliyi ənənəvi olaraq illik mükafatların təqdimat mərasimini keçirib. Bir neçə sahə üzrə təsis olunan mükafat Milli Məclisin deputatlarına, ictimai-siyasi və mədəniyyət xadimlərinə, mətbuata təqdim edilib.

Simsar.az-ın məlumatına görə, təltif edilənlər arasında Milli Məclisin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə də var. O, ölkədə insan hüquqlarının qorunmasında və ictimaiyyətlə sıx təmasına görə “Xəzər” Milli Mükafatı ilə təltif olunub.



Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!